Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aviaqəzada xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaqlar
Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşları İl-76 təyyarəsi ilə Moskvaya aparılacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bununla bağlı qərar Rusiya Prezidenti Vladimir Putinin göstərişi və fövqəladə hallar naziri Aleksandr Kurenkovun tapşırığı əsasında qəbul edilib.
"Rusiya FHN-in xüsusi təyyarəsi Moskvadan Aktauya uçub və Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının tibbi təxliyəsini həyata keçirəcək", - məlumatda qeyd olunub.
Nazirliyin məlumatına görə, xəsarət alanları Rusiya FHN-in "Tsentrospas" dəstəsinin həkimləri, Rusiya FHN-in Təcili Psixoloji Yardım Mərkəzinin psixoloqları və Rusiya Səhiyyə Nazirliyinin mütəxəssislər qrupu müşayiət edəcək.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Azərbaycanda bayraqlar yarıya qədər ENDİRİLDİ
- Qəzaya uğrayan təyyarədə olan Zaqatala sakinlərinin FOTOLARI
- Nazir: "Son qərar sabah və ya yaxın günlərdə veriləcək"
- Təyyarə qəzasında həlak olan pilotlardan biri Bakı Avropa Liseyinin məzunu olub
- Qazaxıstanlı həkimdən təyyarə qəzasında yaralananların vəziyyəti barədə AÇIQLAMA
Rəylər