107.7 - “AvtoFM” radiosu yol təhlükəsizliyinə dair növbəti sosial çarx hazırlayıb.
Oxu.Az xəbər verir ki, “SMS” adlanan yeni çarxda bildirilir ki, mobil telefondan istifadə insanları birləşdirirsə, sükan arxasında ondan istifadə insanları bir-birindən həmişəlik uzaqlaşdıra bilər.
Çarxın hazırlanmasında əsas məqsəd vətəndaşları sükan arxasında olarkən mobil telefon ilə yazışmaqdan çəkindirmək və diqqətlərini daha çox yola yönləndirməkdir.
Qeyd edək ki, nəqliyyat vasitələrində sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi qəza səbəblərindən biridir. Azərbaycanın ən məşhur radiolarından olan 107.7 - “AvtoFM” radiosu daim sağlamlıqla və yol təhlükəsizliyi ilə bağlı sosial layihələr həyata keçirir.
Elvin Əhmədov
www.oxu.az