Goranboy rayonundan ağır yol qəzası qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində “VAZ-2106” markalı avtomobil qarşısına çıxan mal-qaraya çırpılıb.
Qəza nəticəsində sürücü, 1995-ci il təvəllüdlü Hüseynov Xəyal Nəsib oğlu və onun həyat yoldaşı Hüseynova Gündüz Vüqar qızı ağır xəsarət alıblar.
Yaralılar ətrafdakı insanların yardımı ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib.