Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avtomobillə qadını vuran sürücü hadisə yerindən qaçdı
Ötən gün Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə edən sürücü Sadiq Abdullayev Zirə qəsəbəsində hərəkətdə olarkən piyada keçidi olmayan yolu keçən Çimnaz Məmmədovanı vurub.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Avtoqəzaya düşən şəxslərə ilkin yardımı düzgün göstərməmək hüquqi məsuliyyət yaradır?
- Azərbaycanda Ümrə ziyarətindən qayıdan mühəndis faciəli şəkildə ÖLDÜ
- Bakıda DƏHŞƏTLİ QƏZA- Qardaşından səkkiz ay sonra öldü
- Lerikdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların VƏZİYYƏTLƏRİ AÇIQLANDI
- Şəkidə azyaşlı atasının maşınını aşırdı - Xəsarət alanlar var
Ən çox oxunanlar