Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avtomobillər haqqında elektron arayışlar veriləcək
Daxili İşlər Nazirliyi nəqliyyat vasitələrinin zədələnməsinə dair elektron arayışlar təqdim edəcək.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən Daxili İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb.
Daxili İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə və nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışların verilməsi daxil edilib.
E.Ə.
www.oxu.az
Ən çox oxunanlar