Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusifli həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.
O qeyd edib ki, A. Yusifli Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Bu gün Nərimanov Rayon Məhkəməsində A. Yusifli təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Ə.
www.oxu.az