Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Axtarışda olan iki nəfər ölkədən qaçmaq istəyərkən tutuldu
Gəncədə axtarışda olan 2 nəfər ölkəni tərk edərkən tutulublar.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Məhərrəm Yusifov və 1998-ci il təvəllüdlü Elvin Məmmədov Gəncə Hava Limanında ölkədən qaçmaq istədikləri vaxt saxlanıblar.
Bildirilib ki, onların hər ikisi polis tərəfindən axtarışa verilib və barələrində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Ən çox oxunanlar