"Bəzi abituriyentlər imtahanlarda onlara təqdim olunan sual kitabçalarına öz mobil nömrələrini, qeyd əvəzinə isə "hörmət edəcəyəm" yazırlar".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.
DİM rəsmisi bildirib ki, abituriyentlər belə yazaraq tapşırıqdan müsbət bal alacaqlarını düşünürlər: "Amma yoxlama zamanı əlbəttə ki, həmin tapşırıq üçün bal yazılmır".
Məhərrəm Əliyev