Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azadlıq prospektinə gedən yolda sıxlıq yaradan inkişaf
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə 3-cü mikrorayon bazarından Azadlıq prospekti istiqamətinə gedən yoldakı sıxlıq problemi haqqında məlumat verilib.
Bildirilib ki, sözügedən yoldakı iki zolaqdan biri avtobuslar üçün ayrılsa da, minik avtomobilləri üçün ancaq günün müəyyən saatlarında bağlı olur:
"Bu zolaqdan sürücülər yalnız 7:00-dən 10:00-a və 17:00-dan 20:00-a qədər olan müddətdə istifadə edə bilməzlər. Qalan saatlarda bu zolaq sürücülər üçün açıqdır. Lakin bəziləri zolağa daxil olmağa ehtiyat edirlər".
Vurğulanıb ki, sıxlığın əsas səbəblərindən biri də buradakı parkabənzər ərazidir:
"Avtomobillərin axını bu park adlanan ərazidən keçsəydi, daha yaxşı olardı. Heç bir məqsədə xidmət etməyən asfalt park yalnız şəraiti çətinləşdirir".
"Avtobus zolağı" teqi üzrə xəbərlər
- Velosiped və skuter istifadəçilərinin sayı artır, Bakıda mikromobillik inkişaf edir
- Deputat: "Mikromobilliyin inkişafı nəqliyyat infrastrukturu üçün yeni yanaşmadır"
- Avtobusların yolda olma müddəti orta hesabla altı dəqiqə azalacaq
- Şəhərin mərkəzi küçəsində paradoks: Velosiped üçün zolaq ayrılıb, avtobusa yox
- Bakının mərkəzi küçələrinin birində hərəkətin təşkilində dəyişiklik edildi
Rəylər