“Azərbaycan Hava Yolları” aviaşirkətinin əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər”.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər.
AZAL: “Gecikən Bakı-Naxçıvan reysi yola düşüb” - YENİLƏNİB + VİDEO
10:20
“Azərbaycan Hava Yolları”nın J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir”.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya (055) 204-65-54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Rəylər