Kubra Məhərrəmova yazır…
Erməni əsgərinin yumşaq yerinə təpik vurmaq vallah təzyiq və ya təhdid sayılmır. Çünki əsrlər boyu buna öyrəşmiş tayfa üçün bu normal haldı. Vaxtaşırı təpikləyiblər onları.
Nə yaxşı ki, bu dəfə tarixi təpiyi bizim əsgər vurdu. Əlin qolun həmişə vursun deyirik. Sözüm bunda yox. Sərhədlərin delimitasiya və demarkasiyası barədə razılıq hələ 10 noyabr 2020-ci ildə üçtərəfli sənəddə qeyd olunmuşdu. Erməninin bu dəfə yenə də cığallıq etməsi, gah verirəm, gah vermirəm deməsi açığı artıq adamın əsəbinə toxunur. Əsəbləri tarıma çəkilmiş şanlı Azərbaycan əsgərinin özünü idarə etməsinə isə ancaq alqış düşür. Mən olsaydım yəqin ki, güllələmişdim. Bu arada da Mikayel Minasyan təzə sənəd çıxarıb üzə. Daha doğrusu erməni ictimaiyyətinə bildirib ki, Paşinyan hamınızı qul kimi verəcək Azərbaycana. Üstündə Ermənistanın “kupça”sını da.
Qeyd edim ki, Minasyan Ermənistanın III prezidenti Serj Sarqsyanın kürəkənidir. Onun bioqrafiyasına nəzər salsaq, görərik ki, 2007-ci ildə Ermənistanın Baş Nazirinin köməkçisi, daha sonra isə Serj Sarqsyanın aparatında yüksək vəzifədə çalışıb. Təbii ki, bu gün bu dəstənin əsas məqsədi qarşıdakı seçkilərdə Paşinyana qalib gəlməkdir. Xalqı küçələrə çıxartmaqdır. Ermənistanda hökm sürən apatiyanı nəzərə alsaq bu dəfə də küçəyə heç kim çıxmayacaq. Özləri çalıb, özləri oynayacaqlar.
Minasyan iddia edir ki, Azərbaycan və Ermənistan sərhədi ilə bağlı demarkasiya işləri bitib və qısa zaman ərzində bu sənədlər təqdim olunacaq. Onun fikrincə Paşinyan Azərbaycanın prezidenti İlham Əliyevə elə vədlər verib ki, bu barədə heç Mqer Qriqoryanın belə xəbəri yoxdur. Minasyan and içir ki, Paşinyan son demarkasiya işlərinin yazda tamamlandığını, həmçinin Zəngəzur dəhlizindən keçidi də təqdim etməyə hazırdır. Amma və lakin 20 iyun seçkilərinə görə bunu indi edə bilmir. Bu hissə üçün Paşinyanın bugünkü açıqlaması üst-üstə düşür. Belə ki, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün keçirdiyi hökumət iclasında Ermənistanla Azərbaycan arasında yeni sənədin imzalana biləcəyini təsdiqləyib. Paşinyanın sözlərinə görə, danışıqlar davam etdiyi üçün sənədin məzmunu hələ təqdim edilməyəcək. Aydın məsələdir ki, Azərbaycan tərəfinin bir addım belə geri çəkilmək niyyəti yoxdur və xəritə üzərində olan hər bir santimetr ərazisini tələb edəcək. Buna tam hazır vəziyyətdədir. Bu niyyətin nə dərəcədə ciddi olduğunu Paşinyan da anlayır və fikirlərini hökumətə çatdırıb. O, bildirib ki, “Ermənistan ərazisində hazırda müxtəlif sərhəd məntəqələrində ümumilikdə 500-600 Azərbaycan hərbçisi var və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət dəyişmədən – gərgin olaraq qalır”. Paşinyanın daha bir açıqlaması isə Minasyanın fikirlərini təsdiqləyir.
Paşinyan: “Sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan kimi, Ermənistan üçün də zəruridir”. Noldu Paşinyan? Bəs dünənə kimi ABŞ, Fransa, KTMT-yə zəng edib, məktub yazırdın? Hay-küy salmışdın ki, ay camaat qoymayın, türklər gəldi bizi qırmağa. Sizinlə bir danışıq yolu var imiş, o da yumşaq yerinizə təpik vurub qovmaq. Hər şey bir tərəfə güclü dövlətin vətəndaşı olmaq adama ləzzət edir.
Qarabağ Azərbaycandır!