Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-buraxılış məntəqəsində sıxlıq müşahidə olunur.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından həm avtomobil, həm də piyada keçid məntəqəsində uzun növbələr yaranıb.
Buna səbəb kimi Novruz bayramı tətilində Tiflisə gedən azərbaycanlıların geri qayıtmaları göstərilir.
S.B.
www.oxu.az