Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1 567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES - 2024” çoxmillətli təlim keçirilir.
Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.
“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.
Ən çox oxunanlar