Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb
Azərbaycan təmsilçisi Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” çempionatında uğurlu çıxış edib.
“Report” xəbər verir ki, yarışda üç atla mübarizə aparan idmançı yaşlı atlar (Qızıl Tur) arasında üç qızıl medal əldə edib.
Qeyd edək ki, aprelin 7-də başa çatacaq turnirdə cavan atlardan (5-7 yaş) da istifadə olunur.
Ən çox oxunanlar