Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan jurnalistikasına ağır itki üz verib
Azərbaycan jurnalistikasına ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, Əməkdar jurnalist, professor Yalçın Əlizadə dünyasını dəyişib.
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı olmuş Y. Əlizadə 83 yaşında vəfat edib.
Qeyd edək ki, Y.Əlizadə 1940-cı ildə Gəncədə dünyaya göz açıb.
1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlayıb.
1974-1981-ci illərdə BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb, 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub.
1999-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsinin jurnalistika fakültəsinin dekanı olub.
1989-cu ildə Əməkdar jurnalist fəxri adına layiq görülən Y. Əlizadə 1966-cı ildə “Qızıl qələm” mükafatı laureatıdır. Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə “Tərəqqi” medalına layiq görülüb.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Y.Əlizadə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Rəylər