Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Memarlıq və İnşaat Universitetində imtahan prosesi izlənilib - FOTO
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) imtahan prosesi izlənilib.
Elm və Təhsil Nazirliyinin İctimai Şurasının üzvü Mirzə Cəfərzadə, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Ceyhun Məmmədov, təhsil eksperti Şahlar Əsgərov və başqaları imtahanı izləyiblər.
Tədbir çərçivəsində əvvəlcə iştirakçılarla AzMİU rəhbərliyinin görüşü keçirilib. Görüşdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova imtahan prosesi ilə bağlı məlumat verib.
Daha sonra iştirakçılar 2022/23-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər.
Professor G.Məmmədova bildirib ki, imtahanlarda bakalavr səviyyəsi üzrə 7 658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir.
Onun sözlərinə görə, bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər.
Rektor bildirib ki, imtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb. O qeyd edib ki, test üsulu ilə imtahan verən tələbələr üçün 180 və 30 kompüterdən ibarət kompüter zalları fəaliyyət göstərir.
Professor vurğulayıb ki, imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə AzMİU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” fəaliyyət göstərir.
Sessiyanın gedişində universitetdə Açıq Qapı Günləri və mediaturlar təşkil olunur.
Tədbirdə qeyd edilib ki, üzrlü səbəblərdən dolayı sessiya zamanı hansısa fənlərdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün həmin fənlərdən imtahan vermək üçün sessiyadan sonra şərait yaradılacaq.
Daha çox şəkil burada: Photostock.az
"Ceyhun Məmmədov" teqi üzrə xəbərlər
- Deputat: "Veteran pulu" cüzi də olsa, artırılmalıdır"
- Deputat: "Dövlətin bütün sahibsiz heyvanlara sahib çıxması çətin məsələdir"
- Tələbə təqaüdləri nə vaxtdan artırılacaq?
- Millət vəkili: "Bu gün məqsədli şəkildə milli mənəvi dəyərlərdən uzaqlaşan gənc nəsil yetişdirilir"
- Ceyhun Məmmədov: "Prezident gənc nəslin milli ruhda böyüməsi məsələsinə xüsusilə toxundu"
Rəylər