Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə" adlı sərgi keçirilib.
Oxu.Az xəbər verir ki, sərgidə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərini, Azərbaycan mətbuatının tarixi nəşrlərini və medianın inkişaf mərhələlərini əhatə edən fotolar nümayiş olunub.
Sərgi çərçivəsində, həmçinin, media nümayəndələrinin Heydər Əliyev ilə bağlı xatirələrinin əks olunduğu videoçarx da təqdim edilib.
Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib