MDB ölkələri National Geographic Traveler Awards-ın 13 regionla nominasiyanın üçündə geniş şəkildə təqdim edilir.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, təşkilatçıların bildirdiyinə görə, “Geriyə SSRİ-yə” nominasiyasından Belarusiya hamını geridə qoyur, “İlin açılışı” nominasiyasında isə Azərbaycan liderlər üçlüyünə daxildir.
Qırğızıstan “Sağlamlaşdırıcı/Müalicəvi istirahət” nominasiyasında liderlik edir. İssık-Kul gölü, turistlər üçün hündür dağlarda trekinq, radonla zəngin mənbələr, kumısla müalicə və s.
Mükafatın bir nominasiyasında birincilik mütləq şəkildə Rusiyaya məxsusdur. “Rusiya turizmi” nominasiyasında Dağlıq Altay İrkutsk vilayətini geridə qoyur.
Xarici ölkələr arasında “Ən yaxşı çimərlik istirahəti” nominasiyasında Yunanıstan İspaniyadan irəlidə, “Ekzotik istirahət” nominasiyasında isə Kuba Fidcidən irəlidədir.
National Geographic Traveler Awards 2014-ün daha beş nominasiyası müxtəlif turistik servislər üçün nəzərdə tutulub.
Belə ki, Travel.ru “Ən yaxşı İnternet-servis” mükafatının üçlüyünə daxildir.
National Geographic Traveler Awards “National Geographic Traveler” jurnalı tərəfindən hər il keçirilir.
2014-cü ildə jurnalın internet-istifadəçiləri iyun ayının 25-dən sentyabrın 30-na kimi: http://www.nat-geo.ru/awards/2-national-geographic-traveler-awards-2014/ ünvanında 18 nominasiya üzrə ən yaxşı turistik istiqamət və servisləri seçirlər.