Azərbaycan Rusiyaya ən çox dost olan dövlətlərin onluğuna daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Levada Mərkəzi” tərəfindən keçirilmiş “Beynəlxalq münasibətlər: Rusiyanın dostları və “düşmənləri”” sorğusunun nəticələrində bildirilib.
Mərkəzin saytında deyilir ki, sorğu 2015-ci ilin 22-25 may tarixində Rusiyanın 46 regionunun 134 yaşayış məntəqəsində 18 və daha yuxarı yaş arasında olan insanlar arasında keçirilib.
Respondentlərin fikrincə, Rusiyaya daha çox dost olan dövlətlərin siyahısı belədir: Belarus, Çin, Qazaxıstan, Hindistan, Ermənistan, Kuba, Azərbaycan, Qırğızıstan, Venesuela və Serbiya.
Rusiyaya ən çox dost olmayan ölkələr ABŞ, Ukrayna və Latviyadır.
www.oxu.az