Aprelin 16-19-da Ankara şəhərində Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçiriləcək.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, iclas bu iki qurumun fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar fikir mübadiləsinin aparılması, əmək miqrasiyası üzrə mövcud problemlərin və onların həlli yollarının müzakirəsinə həsr olunub.
Qeyd edək ki, iclasda həmçinin əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, məşğulluq və peşə hazırlığı, əlilliyin reabilitasiyası sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
Xatırladaq ki, iclas “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq keçirilir.