2022-ci ildə işləmək üçün Azərbaycana gələcək əcnəbilərin sayı məlum olub.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, kvota 8 740 nəfər olaraq müəyyənləşib.
Xidmət rəisi əlavə edib ki, əcnəbi işçi qüvvəsinin maksimum sayı barədə kvota komissiya tərəfindən qəbul edilir:
“Bunu isə Nazirlər Kabineti təsdiq edir”.
İlhamə Əbülfət