“Azərbaycana gələn Ukrayna vətəndaşları ölkədə 90 gün qala bilərlər”.
APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Rüfət İbrahimov bildirib.
Onun sözlərinə görə, Ukrayna vətəndaşlarının Azərbaycanda qanunla qalma müddətləri başa çatandan sonra təkrar artırmaq mümkündür:
“Qalma müddəti də 90 gündür. Lakin hazırkı vəziyyətlə əlaqədar olaraq Ukrayna vətəndaşlarının müraciətləri nəzərə alınır”.