Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda 17 yaşında evlilik qadağan edilir
Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.
"Report"un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Ən çox oxunanlar
Rəylər