Ötən il Azərbaycanda perinatal dövrdə 1705 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ölü doğulanların sayı 576, yeddi günədək yaşayan uşaqların sayı 1129 olub. Perinatal ölümün əmsalı isə (hər 1000 nəfərə diri və ölü doğulana) 9,8-dir.
2013-cü ildə uşaqlar arasında ölənlərin sayı 2811 olub. Onlardan 1591-i oğlan, 1220-si qız olub.
Ötən il 25 ana ölümü baş verib. Hər 100 000 nəfər diri doğulana 14,5 nəfər düşüb.