Sumqayıtda azyaşlı uşaq su kanalında bataraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində çirkab su kanalında (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən təxminən 10 km məsafədə, nəzarət olunmayan ərazidə) 2009-cu il təvəllüdlü Mahir Eynur oğlu İsmayılov batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.İsmayılovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:21-də başa çatıb.