31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
Oxu.Az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.
Növbəti 3 və 4 yanvar tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün müəssisələrdə işlər yanvarın 5-dən başlayacaq.