Şəkidə 54 yaşlı kişi özünü asıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Şəki şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, Baöbanlar küçəsi döngə 2, ev 21 ünvanında qeydə alınıb.
Şəki şəhər sakini, 1960-cı il təvəllüdlü, Manaflı Nemət Şirin oğlu özünü hələ ki istintaqa naməlum səbəbdən yaşadığı evin həyətyani sahəsində tikilmiş altıaçıqdan asaraq intihar edib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (üzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.