Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda 6 günlük bayram tətili başladı
Azərbaycanda 6 günlük bayram tətili başlayıb.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi - 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günüdür.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Azərbaycanın sərhədyanı ərazilərində telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib
- Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib
- "ƏDV ilə bağlı yeni qaydalar iş adamlarının fəaliyyətini daha da asanlaşdıracaq" - DEPUTAT
- Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
- Aeroportlarda VİP-dən istifadə etmək hüququ olan şəxslərin siyahısı genişlənib