Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda abortla bağlı statistika - Deputatdan qınaq
2018-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 36 141 nəfər olub.
Statistik göstəricilərə görə, onların arasında 18-19 yaşlıların sayı 1198, 20-24 yaşlıların sayı 7545, 25-29 yaşlıların sayı 11 578-dir.
Aborta müraciət edənlərdən 10293 nəfər 30-34 yaş aralığındadır. 35 və yuxarı yaşda olanlar isə 5487 nəfər təşkil edib.
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə görə, uşağın cinsi ilə bağlı irsi xəstəliyin keçilmə ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.
Qanun qəbul edilsə, uşağın cinsinin əvvəlcədən açıqlanmasına görə cəzalar müəyyənləşəcək. Bu, inzibati məsuliyyət də ola bilər, cinayət məsuliyyəti də.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva Oxu.Az-a açıqlamasında deyib ki, selektiv abortların həyata keçirilməsi düzgün deyil. Onun sözlərinə görə ailələr arasında maarifləndirmə işini gücləndirmək lazımdır ki, qız və ya oğlan uşağına ayrı-seçkilik qoyulmasın.
“Ailələr maariflənməlidirlər. Cinsiyyətinə görə ayrı-seçkilik qoymaq düzgün deyil. Hər ikisi övladdır və övlada eyni münasibət sərgilənməlidir”, - deyə K.Əliyeva söyləyib.
Deputat bildirib ki, Azərbaycanda qız uşağı oğlan uşaqlarına nisbətdə az dünyaya gəlir. K.Əliyevanın fikrincə, cinsə görə ayrı-seçkiliyin aradan qaldırılması məsələsi cəmiyyətdən gəlməlidir:
“Bəzi ailələr uşaq həsrəti ilə yaşayır. Digər ailələrdə isə cinsi ayrı-seçkiliyə yol verilərək qız uşaqlarının dünyaya gəlməsinin qarşısını alınır. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində isə göstərilib ki, ultrasəs müayinəsində həkim uşaqların cinsiyyətini deməməlidir”.
Qeyd edək ki, Azərbaycanda dölün 12 həftəsinədək abort etdirilməsinə icazə verilir. 12 həftədən 22 həftəyədək sosial göstərişlərə görə abort oluna bilər.
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində isə bildirilir ki, uşağın 12 həftəliyindən 22-ci həftəliyinə qədər olan dövrdə sosial göstərişlərə görə abort edilməsi həkim konsiliumunun qərarı ilə gerçəkləşə bilər.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu" mövzusunda panel keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
Rəylər