Azərbaycanda uzun müddətdir, müzakirəsi ləngiyən yeni “Ailə həkimi haqqında” qanun layihəsi yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Parlamentin Sosial siyasət komitəsindən verilən məlumata görə, sənəd artıq komitənin yaz sessiyasında iş planına daxil edilib.
Layihənin hazırlanmasında əsas məqsəd vətəndaşlara lazımi tibbi xidmətin göstərilməsi, ailələrin ilkin həkim nəzarəti ilə təmin edilməsidir. Sənəddə ailə həkimi institutunun yaradılması və geniş şəkildə şəbəkələşməsi əsas götürülüb.
Layihənin hazırlanmasında ABŞ, Türkiyə, Avropa təcrübəsi əsas götürülüb.