Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Arvadını işləməyə qoymayan kişi maaşının bir hissəsindən məhrum oluna bilər
"Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqısının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı "Konstitusiya və suverenlik" ili çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" adlı konfransın "Bərabərlikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi" mövzusuna həsr edilmiş panel sessiyasında deyib.
Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:
"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqısının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb - Rəsmi CAVAB
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Deputat: "Aİ-nin "müşahidə missiyası"nın təxribatları heç bir nəticə verə bilməz"
- Bəzi şəxslərin peşə məktəblərindəki təhsil haqqlarını dövlət ödəyəcək
- Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi qaldırılır