Azərbaycanda ata altı yaşlı oğlunu görmək adıyla götürüb və bir daha geri qaytarmayıb.
Bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.
Bildirilib ki, dörd aydır axtarışda olan Bəhruz Cabbarov və altı yaşlı oğlu Vəliyəddin Cabbarov canlı efirə qoşulublar.
B.Cabbarov efirdə oğlunu oğurladığını etiraf edib.
Atanın spirtli içki və narkotik maddə istifadə etdiyi iddia olunur. Boşanma zamanı məhkəmə isə altı yaşlı Vəliyəddin Cabbarovun himayəsini anasına verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev bildirib ki, sözügedən şəxs əvvəllər də alimentdən yayınmaya görə axtarışda olub.
Hazırda isə faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Azərbaycanda ata altı yaşlı övladını qaçırdı: Polis hərəkətə keçdi - VİDEO
Rəylər