Cəlilabad Rayon İcra Hakimiyyətində yeni təyinat həyata keçirilib.
Oxu.Az-ın məlumatına görə, icra başçısı Rafiq Cəlilovun əmri ilə Vahid Mirzəyev icra başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Vahid Mirzəyev 2015-ci ilin fevral ayından indiyədək Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Yeni təyinatla o, bu vəzifədən ayrılaraq icra hakimiyyətində fəaliyyətini davam etdirəcək.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12