Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda bir adamı iki məzarda "DƏFN ETDİLƏR" - Bələdiyyədən AÇIQLAMA
Dünyasını dəyişən şəxsin iki məzarı var. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Söhbət Mingəçevirdə kənd qəbiristanlığındakı Cavad Yəhya oğlu Qurbanzadənin məzarlarından gedir.
Mərhum 2023-cü ildə 57 yaşında vəfat edib. Onun qəbir daşlarından birinə "övladlarından", digərinə isə "dostlarından xatirə" yazılıb.
Mingəçevir bələdiyyəsinin nümayəndəsi Kamil Hüseynov məsələ ilə bağlı açıqlama verib.
"Məzarının atasının yanında olmasını istədilər. Biz də deyiləni etdik. Bir adamın iki başdaşı ola bilməz. Necə oldu, ölü dirildi? Dəfndə iştirak etmişəm. Meyit məzara qoyulub. Məzarlardakı ayrı-ayrı insanlardır", - deyə o bildirib.
Ətraflı Baku TV-nin süjetində:

Mingəçevirdə vəfat edən bir insana eyni qəbiristanlıqda iki fərqli yerdə başdaşının qoyulması görənləri təəccübləndirib.
Oxu.Az xəbər verir ki, hadisə Mingəçevir kənd qəbiristanlığında baş verib.
Qeyd olunub ki, qəbiristanlıqda dəfn olunan Cavad Yəhya oğlu Qurbanzadəyə həm ailəsi, həm də dostları tərəfindən fərqli yerlərdə başdaşı qoyulub.
📍 Mingəçevir kənd qəbiristanlığında bir adama iki başdaşı qoyulub#qəbiristanlıq pic.twitter.com/ssY9RkhYx9
— Oxu.Az (@oxuaz) March 26, 2025
"Dəfndə özüm də iştirak etmişəm. Cavad qardaşının yanında dəfn olunub və ailəsi adından ona başdaşı qoyulub. Sonra isə bir qədər aralıda Cavadın şəkli olan daha bir başdaşı qoyulub. Orada isə başdaşının dostları tərəfindən qoyulduğu yazılıb", - deyə hadisə şahidi bildirib.
Məsələyə münasibət öyrənmək üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti və bələdiyyə ilə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimizə cavab verən olmadı.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Oğuzda tibb məntəqəsi problemi: "15 dəqiqə geciksəydik, uşaq ölərdi"
- Sumqayıt xəstəxanasında NÖVBƏ PROBLEMİ: "Həkim tapmaq olmur"
- Gölü qurudaraq tikilən evlər - Bələdiyyə sədrinin yalanı İFŞA EDİLDİ
- Cəlilabad sakinlərini boğaza yığan problem niyə həll edilmir?
- Binəqədidə sahibsiz it problemi: "Blokdan çıxmağa qorxuruq"