Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda daha bir imtahan təxirə salındı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus təhlükəsi ilə əlaqədar dövlət qurumlarına göndərilən 16 mart 2020-ci il tarixli məktubuna əsasən, martın 18-dən etibarən dövlət qulluğuna qəbul olmaq üçün namizədlərlə təyin olunmuş müsahibələr (o cümlədən, 12 aprel inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı) təxirə salınır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsahibələrin və imtahanın keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.
5, 12, 19 aprel tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən, Dövlət İmtahan Mərkəzində 2020-ci il martın 17-dən etibarən vətəndaşların qəbulu da dayandırılır.
Vətəndaşların müraciətləri 1653 “Çağrı Mərkəzi” vasitəsilə cavablandırılacaq. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Abituriyentlərin imtahanda ingilis dili fənnindən daha yüksək nəticə göstərməsinin səbəbi nədir?
- Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar AÇIQLANDI
- DİM-dən magistraturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına ÇAĞIRIŞ
- DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət edib
- Bakıda imtahan vermək "həvəskarı" olan üç nəfər qiymət əvəzinə cəza aldı
Rəylər