Şəkidə uşaq bağçasının həyətində meyit tapılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Bağbanlar küçəsində qeydə alınıb.
46 yaşlı Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi uşaq bağçasının həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12