Azərbaycanda 35 seysmik telemetrik stansiya fəaliyyət göstərir. İndi biz dənizdibi seysmik stansiyanın quraşdırılması barədə düşünürük.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.
O deyib ki, gələn il daha beş stansiya fəaliyyətə başlayacaq:
“Dənizdibi stansiyalar ən son standartlara cavab verəcək. Bununla da hər prosesi daha dəqiq tədqiq etmək mümkün olacaq. Bu, hətta maqnitudası mənfi olan zəlzələ ocağını təyin etməyə imkan verəcək. Lakin zəlzələni əvvəlcədən müəyyən edən cihaz hələ kəşf olunmayıb”.