Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda dərman sektoru idxaldan asılıdır - FOTO
“Azərbaycanda dərman sektoru idxaldan asılıdır”.
Bunu Oxu.Az-a açıqlamasında Beynəlxalq Əczaçı Günü və Respublika əczaçılarının 3-cü konfransı zamanı “Əczaçılar Qrupu” İctimai Birliyinin sədri Şövqi Bünyatov deyib.
Onun sözlərinə görə, konfransın əsas mövzusu əczaçılar sektorundakı problemlərdir:
“Biz burada əsas hədəfi istehsal üzərində qoymaq istəyirik. Azərbaycanda dərman sektoru idxaldan asılıdır. 95 faiz məhsul idxal olunub”.
Ş.Bünyatov pandemiya zamanı Azərbaycanda dərman qıtlığı olduğunu qeyd edib:
“Pandemiyada dərman qıtlığı müşahidə olunurdu. Yerli istehsal zəifdir. 2016-cı ildən yerli istehsalla bağlı böyük ərazi ayrılmışdı. Yerli istehsal üçün 30-40 zavod olmalıdır ki, dərman təhlükəsizliyi təhdid altında olmasın”.
PhotoStock.az-ın tədbirdən lentə aldığı görüntüləri təqdim edirik:
Daha çox foto burada: Photostock.az
Nəzrin Vahid