Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
 (3):1200.jpg)
Azərbaycanda dördüncü sinif şagirdini maşın vurub - DİN-dən açıqlama + YENİLƏNİB
Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu gün saat 12 radələrində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ramiz Tahirov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən məktəbli, 2015-ci il təvəllüdlü azyaşlını vurub.
Azyaşlı hadisə nəticəsində yüngül xəsarətlər alıb.
Faktla bağlı araşdırmalar aparılır.
14:16
Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.
Metbuat.az xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhər 10 saylı tam orta məktəbin qarşısında baş verib.
Həmin məktəbin 4-cü sinif şagirdi, 2015-ci il təvəllüdlü S.P.-ni dərsdən çıxan zaman yolu keçərkən maşın vurub.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- 75 yaşlı qadını öldürüb su quyusuna atdı - Tamah məqsədilə törədilən cinayətin DETALLARI
- DİN avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ ETDİ
- Oğurladığı bank kartıyla alış-veriş edən şəxs saxlanılıb
- Lənkərançayda brakonyerlik edənlər saxlanılıblar
- Zərdabda məktəbdə şagirdlər oğurlanırlar? - DİN-dən AÇIQLAMA