Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan iki nəfər həbs edilib, biri qadındır
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən daha iki nəfər tutulub.
APA xəbər verir ki, Azərbaycan vətəndaşları Fidan Teymur qızı Əliyeva və Tərlan Mirbəşir oğlu Abbasov dövlətə xəyanət etməkdə təqsirləndirilir.
Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.
Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Qətlə görə təqsirləndirilən 18 yaşlı gənc: "Üzərimə 8 nəfər gəldiyi üçün hadisəni törətdim"
- Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə ağır cəza verildi
- "Talassemiya işi" ilə bağlı məhkəmədə hakimin sualı tanınmış həkimi çətin duruma saldı
- Həbsdə olan ərinin qohumlarını bıçaqlayan gənc qadına hökm oxundu
- Bakıda üç nəfəri qətlə yetirən şəxs cəzasını ömürlük çəkəcək - QƏRAR