Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb
"Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.
Onun sözlərinə görə, ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb:
"Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir".
İ.Kərimov bildirib ki, ötən il 550-dək hakim çoxsaylı təlim və ixtisasartırma kurslarına cəlb edilib:
"Hakimlər İttifaqının xətti ilə mülki və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində təşkil edilmiş təcrübə mübadiləsi proqramları da hakimlərimiz üçün faydalı olub. 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib".
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Vəkilə böhtan atan hüquqşünas cəzalandırıldı
- Obyektini icarəyə verən sahibkarların NƏZƏRİNƏ - Ali Məhkəmədən MÜHÜM QƏRAR
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- Hansı hallarda cinayətə görə cəzadan daha yüngülü təyin edilə bilər?
- Jurnalistlər "Elektron məhkəmə"dəki məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət ediblər