Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda general vəkil kimi fəaliyyətə başlayıb
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev vəkil kimi fəaliyyətə başlayıb.
"Report"un əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin noyabrın 4-də keçirilən iclasında hüquq elmləri doktoru Nazim Əliyevin VK üzvlüyünə qəbul olunması məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.
İclasda Polis Akademiyasının sabiq rəisinə vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, 1983-cü ildən daxili işlər orqanlarında çalışmış Nazim Əliyev 2011-2020-ci illərdə DİN-in Polis Akademiyasının rəisi vəzifəsində xidmət edib.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
O, hüquq üzrə elmlər doktoru, 42 elmi məqalənin, 2 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir.
"Vəkillər Kollegiyası" teqi üzrə xəbərlər
- Azərbaycanda bu il 17 nəfər vəkillikdən xaric edilib
- Azərbaycan vəkilləri peşə bayramını qeyd edirlər
- Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib: Üç vəkilin fəaliyyəti dayandırılıb
- Üç vəkilin fəaliyyəti dayandırılıb, dörd vəkilə töhmət verilib
- İki vəkilə xəbərdarlıq EDİLDİ: Birinin fəaliyyəti DAYANDIRILDI
Rəylər