Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda güclü zəlzələ olub: Zəif afterşoklar davam edir - YENİLƏNİB + FOTO/VİDEO
Hazırda zəif afterşoklar gedir.
“Report” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.
09:03
Xəzər dənizində zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
08:22
Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ hiss olunub.
Mövcud məlumatlara görə, 5,6 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.
Rəylər