“Respublika ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosfer prosesləri güclü küləklər, qasırğalar hesab olunur”.
Oxu.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, belə güclü küləklər, əsasən, Bakıda və Abşeron yarımadasında, xüsusilə də Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində müşahidə olunur:
“Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 metr/saniyəyə çatan güclü qasırğalar müşahidə edilib ki, bu da təsərrüfat sahələrinə zərər vurmaqla yanaşı, insan itkilərinə də səbəb olub”.
Nəzrin Vahid