Cari ilin ilk 8 ayı ərzində ölkədə 112,0 min, yaxud hər gün orta hesabla 461 körpə dünyaya göz açmış və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə (17,8) qalıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olmaqla 1986-sı əkiz, 45-i isə üçəm doğulub.
“Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.
Ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az