Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda heyvan və quş ətinin satışı yenidən ƏDV-dən azad edilib
Bu gündən Azərbaycanda heyvan və quş ətinin satışı daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Bu güzəşt müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, Azərbaycanda heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən ƏDV-dən azad edilib. Ölkədə ƏDV dərəcəsi isə 18 % təşkil edir.
Ən çox oxunanlar
Rəylər