Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda iki agentliyin sərəncamında qalan vəsaitin istifadə qaydası açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi, həmçinin Geodeziya və Kartoqrafiya Agentliyinin sərəncamında qalan vəsaitin istifadə qaydası müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərarlar imzalayıb.
Qərarlara əsasən, hər iki qurumun sərəncamında qalan vəsait nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayrılacaq.
Ən çox oxunanlar
Rəylər