Müasir təbabət çox şeyə nail olub, cinsi zəiflik diaqnostika texnologiyaların və müalicəsinin xırdalıqlarına qədər incələnib. Amma bu nailiyyətlərə baxmayaraq, kişi cinsi zəifliyi həkimlər üçün hələ də ciddi çağırış olaraq qalır.
Statistik məlumatlara əsasən, 40 yaşından 70 yaşına qədər kişilərin 52%-i cinsi zəiflikdən əziyyət çəkir. Bu xəstəlik 40 yaşına qədər kişilərdə də müşahidə edilir. Dünyada 150 milyon kişi cinsi zəiflikdən əziyyət çəkir, planetdə hər beşinci kişi bu problemlə üzləşir.
Mütəxəssislər hesab edirlər ki, 80% halda səbəb orqanik, yəni endokrin və damar və yalnız 20%-də psixogen xarakterlidir. Qorxudan bu rəqəmlərə aydınlıq gətirmək üçün “Exo” qəzeti ekspert, həkim-androloq, “Dialab” klinikasının mütəxəssisi Rafiq Məmmədova müraciət edib.
Həkimin sözlərinə görə, cinsi zəiflik və ya impotensiya ereksiyanın pozulması, yəni kişinin seksual fəallığa nail olmaq və bu fəallığı saxlamaq qabiliyyətinə malik olmamasıdır.
“Erektil funksiyanın pozulması - bu uzun zaman, ən azı yarım il ərzində ereksiyaya nail olmamaq deməkdir.
Hər bir kişi nəsil artırmaq qabiliyyətini uzun müddətə qoruyub saxlamaq istəyir və sidik-cinsi orqanlarının fəaliyyətinə diqqət yetirir. Kiçik bir fəsad olan kimi, kişi özündə impotensiyanın əlamətlərindən şübhələnə bilər, amma çox zaman bu şübhələr əsassız çıxır”.
Rafiq Məmmədov deyir ki, impotensiya boş yerdən yaranmır.
“Hər bir qüsurun səbəbləri var, impotensiya da istisna deyil”.
Həkimin sözlərinə görə, Azərbaycanda impotensiyadan əziyyət çəkənlərin sayı məsələnin delikatlığı ucbatından təzadlı ola bilər:
“Bu, aydındır, axı impotensiya kimi xəstəliyin üzə çıxmasını çox adam istəməz. Bu, kişi qüruruna güclü zərbədir. Bəzi müştərilərimiz üçün məxfiliyin nə dərəcədə mühüm olduğunu bilirik.
Deyə bilərəm ki, kişi cinsi zəifliyi məsələsi ilə müraciət edənlərin sayı artıb, ən kədərlisi isə impotensiyanın yaşının artıq cavanlaşmasıdır. Həkimlərə daha çox 40 yaşından aşağı kişilər müraciət etməyə başlayıb. Çox güman ki, bu, həyatımızda stressin artması ilə əlaqədardır”.
Bu xəstəliyin müalicəsindən danışarkən, R.Məmmədov qeyd edib ki, impotensiyadan müalicə edilmənin üsullarını həkim yalnız xəstənin tam müayinəsindən sonra deyə bilər.
“Hər şey təhlillərin cavablarından asılıdır və konkret hadisənin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Amma erektil disfunksiyanın inkişafının qarşısını almaq üçün sağlam həyat tərzinə üstünlük vermək, düzgün və müntəzəm qidalanmaq, idmanla məşğul olmaq, sağlamlığa nəzarət etmək lazımdır.
Siqaret çəkməmək, içki içməmək, narkotik vasitələrdən istifadə etməmək lazımdır. Ereksiyanı pozacaq medikamentoz vasitələrdən istifadə etmək lazım deyil, daha yaxşı olardı ki, onlar yalnız həkim təyinatı və məhz istifadə qaydalarına uyğun qəbul edilsin.
Eləcə də, uzunmüddətli fasilələr olmadan müntəzəm cinsi həyat yaşamaq lazımdır. Kişilərdə istənilən yaşda, əgər cinsi orqanlar tərəfindən ən kiçik siqnallara belə vaxtında diqqət yetirilsə, impotensiyanı tamamən aradan qaldırmaq olar”.