Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda iş adamı oğlunu HƏBS ETDİRDİ
Gəncədə iş adamı oğlunu həbs etdirib.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü A.Sultanov (soyad şərtidir) Gəncə şəhər Atatürk prospektində yerləşən "City center" mağazasına gəlib. O, mağazanın sahibi olan atasından pul tələb edib.
Lakin iş adamı M.Sultanov oğluna pul verməkdən imtina edib. Bundan sonra A.Sultanov mağazadan çıxaraq uca səslə söyüş söyməyə, ictimai asayışı pozmağa başlayıb, atasının ünvanına nalayiq ifadələr işlədib.
Polisə müraciət edildikdən sonra 31 yaşlı A.Sultanov saxlanılıb. Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Gəncə Şəhər Məhkəməsinə göndərilib və ona 5 sutka inzibati həbs cəzası verilib.
"Gəncə Şəhər Baş Polis İdarəsi" teqi üzrə xəbərlər
- Gəncədə məktəblilər arasında BIÇAQLANMA: Tibb müəssisələrinə müraciət edilməyib
- Gəncədə taksi sürücüləri arasında mübahisə düşüb, biri bıçaqlanıb
- Gəncədə 61 minlik oğurluqda şübhəli bilinən şəxs saxlanıldı
- Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada ölüb
- Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
Rəylər