Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda qohumunu xilas edərkən ölən klub rəhbəri ilə bağlı TƏFƏRRÜAT
"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Ağdaş rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir İsrəfilov söyləyib ki, klubun rəhbəri Rəhman Əliyev bölgənin tanınmış idman müəllimlərindən biri olub:
"O, 80-dən çox uşağa təmənnasız olaraq məşqçilik edirdi".
Daha ətraflı Baku TV-nin materialında:
"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Fərid Ağazadə övladları ilə istirahət məqsədi ilə çay kənarına gedib.
F.Ağazadə çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. O, dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib.
Hadisə yerinə gələn R.Əliyev qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.
Qeyd edək ki, Fərid Ağazadə ailəli olub, 3 qız övladı var. Rəhman Əliyev isə subay olub.
Fotolarda: Rəhman Əliyev
Fotoda: Fərid Ağazadə
Anar Həsənov
Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.
Oxu.Az xəbər verir ki, onu sudan çıxartmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında suda çıxarılıb.
Qeyd edək ki, Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən olan "Ağdaş" klubunun rəhbəridir.
Fotoda: Rəhman Əliyev
Samir İsayev
"Baku TV" teqi üzrə xəbərlər
- Bakı sakinləri yollarda qaldılar: Sıxlıqdan ən son GÖRÜNTÜLƏR
- Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri: Türkiyənin seçiminin əsas məqsədi
- Təhsil müəssisəsində xoşagəlməz hadisə baş verdi - Xəbərlərin 20:00 buraxılışı
- Saray körpüsündə SON VƏZİYYƏT
- Xronika: "Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi"
Rəylər